DƏNİZİN DUZ KÜTLƏSİ

Dənizdə həll olunmuş duzun ümumi miqdarı.
DƏNİZ ZƏLZƏLƏSİ
DƏNİZİN HİDROMETEOROLOJİ XASSƏLƏRİ
OBASTAN VİKİ
Duz
Xörək duzu — əsasən natrium xlorid (NaCl) kimyəvi maddəsindən ibarət olan qida məhsulu. Kristal quruluşlu, insan da daxil olmaqla əksər canlıların qida məhsulu kimi istifadə etdikləri duz, ticarət baxımından da önəmli bir məhsuldur. Dünyanın hər yerində rast gəlinən xörək duzuna tarixən böyük ehtiyac olmuşdur. Bəsit kimyəvi quruluşu olan duzdan, dəriçilikdə, maldarlıqda, su təmizləmə sistemlərində və kimya sənayesində geniş istifadə edilir. İnsanın xörək duzuna olan gündəlik tələbatı 5 qramdır. Əli: "Yeməyinizi duzla başlayın.
Atmosferin kütləsi
Atmosferin yer kürəsində insanın həyatı və fəaliyyəti üçün əhəmiyyəti çox böyükdür. Əgər yerdə atmosfer olmasa idi, canlı aləm olmazdı. Atmosferin tərkibinə daxil olan qazlardan biri oksigen canlı aləmin nəfəs almasına və yanma prosesinə kömək edir. Karbon qazı isə bitkilərin, yarpaqların qidalanması üçün istifadə olunur və bitkilər tərəfindən atmosferə oksigen buraxılır. Atmosferin əsas qazı azot zülal və azotlu birləşmələrin tərkibinə daxil olub yerdə həyatın inkişafı ilə sıx əlaqədardir. Atmosfer Azotun, Oksigenin, Arqonun, Neonun və başqa qazların sənaye üsulu ilə alınmasında tükənməz rol oynayır. Atmosfer gündüzlər yerin günəş şüaları tərəfindən hədsiz qızmasının, gecələr isə hədsiz soyumasının qarşısını alır, eyni zamanda canlı orqanizmləri günəşin ultrabənövşəyi və kosmik şüalarından qoruyur. Atmosferin ümumi kütləsi 5. 1015tondan bir qədər çoxdur. Bu isə yerin öz kütləsindən təqribən milyon dəfə kiçikdir.
Atom kütləsi
Atom kütləsi - bir atomun kütləsi olub, atom kütlə vahidi (a.k.v.) ilə müəyyən olunur. Hal-hazırda atom kütlə vahidi ən geniş yayılmış izotop olan karbonun neytral atomunun kütləsinin 1/12-i qəbul edilir. Buna görə də, bu izotopun atom kütləsi təyinata görə düz 12 a.k.v.-nə bərabərdir. İzotopun atom kütləsi ilə onun kütlə ədədi arasındakı fərqə izafi kütlə deyilir. Bu fərq həm müsbət, həm də mənfi ola bilər. Onun yaranma səbəbi nüvə ilə proton və neytronlar arasında əlaqə enerjisinin qeyri xətti olmasında, həmçinin proton və neytronun kütlələri arasındak fərqdədir. Karbon atomunun etalon seçilməsinin əsas səbəbi onun 12C izotopunun 98,9% təşkil etməsidir ki, bu isə demək olar ki, götürülmüş nümunədə bütün Karbon atomlarının eyni sayda nuklonlardan təşkil olunması deməkdir. Kimyəvi elementin atom kütləsi (eləcə də "orta atom kütləsi", "standart atom kütləsi") verilmiş kimyəvi elementin təbiətdə mövcud olan bütün izotoplarının, onların yerdə və atmosferdə yayılma xarakterini nəzərə alaraq orta məxrəcə gətirilmiş kütləsidir. Mendeleyev cədvəlindədə bu kütlələr göstərilmişdir. Kimyəvi elementin nisbi atom kütləsi, onun təbii izotoplarının orta atom kütləsinin a.k.v-yə olan nisbəti ilə müəyyən olunur.
Hava kütləsi
Hava kütləsi– troposferin təqribən eyni fiziki xassəyə malik olan, atmosferin ümumi sirkulyasiyası sistemində hərəkət edən, sahəsinə görə materiklərlə müqayisə edilən irihəcmli hava hissəsi. Hava kütləsi qalınlığı bir neçə kilometr olub, bəzi hallarda bütövlükdə troposferi əhatə edir. Fiziki xassələrini (temperatur, rütubətlik, şəffaflıq və s.) üzərində yerləşdiyi ərazinin təsiri nəticəsində formalaşdırır. Fiziki xüsusiyyətlərinə görə hava kütləsinin aşağıdakı tiplərini ayırırlar: Ekvatorial hava kütləsi Tropik hava kütləsi Mülayim enlik (və ya qütb) hava kütləsi Arktik və ya Antarktik hava kütləsi Rütubətliyinə görə Ekvatorial hava kütləsindən başqa, bütün hava kütlələri iki tipə bölünürlər. Dəniz hava kütləsi (məsələn, dəniz tropik hava kütləsi) Kontinental hava kütləsi (məsələn, kontinental tropik hava kütləsi) Stabilliyinə hava kütləsinin adlandırılması: İsti hava kütləsi- hava kütləsinin temperaturu keçdiyi ərazinin temperaturundan daha yüksəkdir. Soyuq hava kütləsi- hava kütləsinin temperaturu keçdiyi ərazinin temperaturundan daha soyuqdur. Bu və ya digər ərazidə daimi və yaxud ilin müəyyən dövründə hakim olan hava kütləsi həmin ərazinin iqlim tipini müəyyən edir.
İnsan kütləsi
İnsan kütləsi və insan çəkisi adətən qarşılıqlı əvəz edilərək işlədilsələr də , kütlə və çəki fərqli kəmiyyətlərdir. Praktika tarixində "insan çəkisi" ifadəsinin daha çox qurulmasına baxmayaraq, bu ifadə adətən insan bədəninin kütləsi kimi başa düşülür. Metroloji təşkilatlar kütlə haqqında danışıldığı bütün hallarda "kütlə" terminindən istifadə etməyə çağırır. İdeal olaraq bədən kütləsinin ölçülməsi üçün bunu geyimsiz halda etmək lazımdır. Ancaq praktikada tərəzidə kütlənin ölçülməsi əsasən ayaqqabısız, mobil telefon və cüzdan kimi ağır aksesuarlar olmadan yüngül geyimlərlə edilir. Normadan artıq və ya az bədən kütləsi sağlamlıq problemlərinin göstəricisi hesab olunur. Bir insanın orta kütləsi müxtəlif ölkələrdə fərqlidir. Əsasən, kişilər qadınlardan daha artıq kütləyə sahibdirlər. Bədəndəki maye miqdarının dəyişməsi səbəbi ilə insan kütləsi də gün ərzində dəyişir. Qida qəbulu, maye qəbulu, sidik ifrazı və idmanla məşğul olma bədən kütləsinin dəyişməsinə səbəb olur.
Acı duz
Acı duz və ya ingilis duzu ((MgSO4·7H2O)) — maqnezium-sulfat kristalhidratının texniki adı. İşlətmə dərmanıdır. Rəngsiz rombşəkilli çərçivələrə malik (а = 1,187 nm, b = 1,200 nm, с = 0,688 nm, z = 4) kristallardan ibarətdir. Sıxlığı 1,68 q/sm³, Moosa görə möhkəmliyi 2-2,5-dir. Suda yaxşı həll olur.
Duz (dəqiqləşdirmə)
Xörək duzu
Duz (kimya)
Duzlar — metal atomlarından və turşu qalıqlarından ibarət olan mürəkkəb maddələrə duzlar deyilir. Elektrolitik dissosiasiya nəzəriyyəsinə əsasən su məhlullarda dissosiasiya edərkən metal kationları və turşu qalığı anionları əmələ gətirən elektrolitlərə duzlar deyilir: KCl → K+ + Cl¯; Na3PO4 → 3 Na+ + PO4¯ Tərkibindən asılı olaraq duzlar aşağıdakı növlərə bölünür: normal, turş, əsasi, ikiqat, qarışıq, kompleks duzlar. Turşu molekulunda hidrogen atomlarının hamısının metal atomları ilə əvəz olunmasından alınan duzlara orta və ya normal duzlar deyilir: Na3PO4, Al(NO3)3 və s. Turşu molekulunda hidrogen atomlarının bir qisminin metal atomları ilə əvəz olunmasından alınan duzlar turş duzlar (hidroduzlar) adlanır. Na2HPO4, Ca(HS)2 və s. Tərkibində metal ionları və turşu qalığından başqa hidroksid qrupu olan duzlar əsasi duzlar (hidroksoduzlar) adlanır: Mg(OH)Cl, Fe(OH)2Cl və s. Turşu molekulunda hidrogen atomlarının iki müxtəlif metal atomları (həmçinin NH4+ ionu ilə) ilə əvəz olunmasından alınan duzlara ikiqat duzlar deyilir: NaKCO3, KAl(SO4)2 və s. Metal atomunun eyni vaxtda iki müxtəlif turşunun hidrogen atomlarını əvəz etməsi nəticəsində əmələ gələn duzlara qarışıq duzlar deyilir: CaCl(OCl), BaCl(NO3) və s. Kristal qəfəsinin düyün nöqtələrində kompleks ionlar saxlayan duzlara kompleks duzlar deyilir: K3[Fe(Cn)6], Fe3[Fe(Cn)6]2 və s. Duzları aşağıdakı üsullarla almaq olar: 1.
Duz balansı
Duz balansı — müəyyən vaxt ərzində duz ehtiyatının torpaq-qruntda daxili və çıxarı nəticəsində qalınlığının dəyişmə kəmiyyətidir. Duz balansı aşağıdakı elementlerdən ibarətdir: 1. Duzun teyin olunmuş vaxtın əvvəlində və sonunda olan ehtiyatı 2. Bu vaxt ərzində duzun daxil olması 3. Bu vaxt ərzində duzun sərf olunması 1 m² torpaqda müəyyən dərinliyə və yaxud qrunt sularına qədər kq- la ölçülür. Suvarılan torpaqlarda t/ha-a hesablanır. Duz balansı 3 tipi var Stabil Şorlaşma Duzlaşma Torpaqda müxtəlif formada ayrılan duzlar. Bunlar bozartılar, xırda çillər, ağ tüklər, qırov duz və s. Torpaq qatında müəyyən qalınlıqda duz miqdarı. 1 kv.m-də kq-la yaxud t/ha ilə göstərilir.
Duz tektonikası
Duz tektonikası — təzyiq nəticəsində yaranan qırışıqlıq növü. Yüksək təzyiq altında duzun xüsusi çəkisi (2,2) yerləşdiyi çöküntülərin xüsusi çəkisinə (2,5–2,6) nisbətən az və plastik olması duz kütləsinin qalxmasına səbəb olur. Üstqatda yatan süxurların sıxlığının müxtəlifliyi, bünövrənin kələ-kötür, az meyilli qırışıq, yaxud qırılmanın olması ilə bağlı yaranan kiçik təzyiqlər fərqi duzun toplanmasına və duz nüvəli qırışığın inkişafına təkan verir. Qravitasiya qeyri-sabitliyinə görə heç bir xarici tektonik təsir olmadan davamlı çöküntü yüklənməsi zamanı strukturlar yarana bilər. Qaya duzu 2160 kq/m3 sıxlığa malikdir. İlkin çökmə zamanı çöküntülər ümumiyyətlə 2000 kq/m3 daha az sıxlığa malikdir, lakin yüklənmə və sıxılma ilə onların sıxlığı 2500 kq/m3-ə qədər artır ki, bu da duzdan daha böyükdür Üstündəki təbəqələr sıxlaşdıqdan sonra zəif duz təbəqəsi Rayleigh-Taylor qeyri-sabitliyinin bir forması səbəbindən xarakterik silsilələr və çökəkliklər seriyasına deformasiyaya meylli olacaq. Sonrakı çökmə çökəkliklərdə cəmləşəcək və duz onlardan uzaqlaşaraq silsilələrə doğru hərəkət etməyə davam edəcək. Gec mərhələdə, diapirlər silsilələr arasındakı qovşaqlarda başlamağa meyllidirlər, böyümələri silsilələr sistemi boyunca duzun hərəkəti ilə qidalanır və duz ehtiyatı tükənənə qədər davam edir. Bu prosesin sonrakı mərhələlərində diapirin yuxarı hissəsi səthdə və ya onun yaxınlığında qalır, sonrakı dəfn diapirin qalxması ilə uyğunlaşdırılır və bəzən aşağı salınma adlanır. Almaniyadakı Schacht Asse II və Gorleben duz qübbələri sırf passiv duz quruluşuna nümunədir.
Duz torbası
Duz torbası (Duzluq, Duzqabı) — duz saxlamaq üçün istifadə edilən torba. Duz torbasından Azərbaycan və Türkmənistanda duzu müəyyən müddət saxlamaq və həmçinin daşımaq üçün istifadə edilirdi. Xüsusi naxış və ornamentlərlə bəzədilmiş duz torbası uzun, dar boğazlı olmaqla müxtəlif rəngli yun, pambıq və həmçinin ipək ipliklərdən Zili (Qayıq) toxunuşla toxunmuş olur. Müasir zamanda duz müxtəlif ölçülərdə müxtəlif növ kisələrdə saxlanır və daşınır. Müasir duzqabı (nəməkdan) isə içinə duz tökmək üçün kiçik qab olmaqla saxsı, şüşə, plasmas və digər materialdan hazırlanır.
Dənizin ortasında (film)
Dənizin qəlbində (ing. In the Heart of the Sea) — 2015-ci il istesalı olan film. Balına ov gəmisi olan Eseksin batışından bəhs olunur. 1850-də yazıçı Eseks gəmisinin batışından sonra həyatda qalan son adam mehmanxana sahibi Tomas Nikkersonu ziyarət edərək hekayəni ona danışmağı müqavilində ona pul təklif edir. Tomas ilk öncə bunu rədd edir. Ancaq sonra arvadının təkidi ilə bu təklifi qəbul edir. Hekayə 1820-ci ildən başlayır. Səfərin ilk üç ayında heç bir uğur əldə olunmur. Kapitan Polard Atlantik okeanında balina görülmədiyinin fərqinə varır. Nəhəng ağ balinanın hücümu nəticəsində gəmi məhv olur, 6 nəfər ölür.
Dənizin qəlbində (film)

Mavi dənizin sahilində
Mavi dənizin sahilində (rus. У самого синего моря) — 1935-ci ildə çəkilmiş sovet filmi. Bu film Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Azərbaycan Respublikasında dövlət varidatı elan edilən filmlərin siyahısına daxil edilmişdir. Film iki dost-Yusif (Lev Sverdlin) və Alyoşanın (Nikolay Kryuçkov) başına gələn əhvalatlardan söhbət açır. Hadisələr Azərbaycanın cənubunda, Sara adasında balıqçılıq sovxozunda cərəyan edir. Günlərin birində dostlar balıqçıların köməyinə gələrkən, Xəzər dənizində tufana düşür, onların qayığını şahə qalxmış dalğalar bir an içərisində çevirir. Yaxınlıqdakı kolxozun balıqçıları hər iki dostu xilas edirlər. Dostlar fəhlə qəsəbəsində qalıb işləyir, balıqçı qızı Maşenkaya (Yelena Kuzmina) vurulurlar. Bundan sonra onların arasında anlaşılmazlıqlar yaranır, hətta bir-birilərinə rəqib olurlar. Nəticədə məlum olur ki, Maşa şimalda xidmət edən həmyerlisini sevir və onun yolunu gözləyir.
Azərbaycan duz ayini
Azərbaycan duz ayini — Azərbaycanın bir çox yerində yayılmış adət. Uşağın doğumundan on gün sonra duzlu su ilə yuyulmasıdır. Doğumunun onuncu günündə uşaq yuyulur. Bu vaxt suya duz da tökərlər. Bunu, uşağın qorxmaması, tərləməməsi, güclü-qüvvətli olması üçün edərlər. Başqa bir inanca görə isə uşağı zəhərli həşəratlar dişləməsin, bədənində yara olmasın, xəstələnməsin deyə belə edərlər. Azərbaycanda duz ayinin yayılmasının simvolik mənası budur: uşaq gələcəkdə düz danışan, sözü bütöv, mərt, ölçülü hərəkət etməyi bilən biri olsun. Böyük ehtimalla bu təsəvvürün nəticəsidir ki, bir adam namərd çıxdığı, yalançı olduğu, arsızlıq etdiyi, hərəkətlərinə diqqət etmədiyi zaman xalq arasında "ona şit-şit danışırsa", "şitlik eləmə", "şit olma", "filankəs duzsuzdur, duzu yoxdur", "duzsuz doğulmuş" ifadələri ilə azarlayarlar. "Koroğlu" dastanında Qacar Əli namərdlik edib Koroğlunu aradan vuranda Koroğlu belə deyir: "Qacar Alı, günah səndə deyil, səni tutan əbədədir. O mürtəd qızı səni tutduğunda duz sərpməyib.
Mayo duz mədəni
Xevra duz mədəni (urdu کھیوڑہ نمک کی کان, ing. Khewra Salt Mine) və ya Mayo duz mədəni (ing. Mayo Salt Mine) — Pakistanın Pəncab regionunun Cəlam dairəsindəki Xevra şəhərində və Hind-Qanq ovalığının üzərində yerləşən duz mədəni. Xevradakı duz mədəni Pakistanın ən böyük, dünyanın ən böyük ikinci və dünyanın ən qədim duz mədənidir. Bu duz mədəni əhəmiyyətli bir turizm obyektidir və hər il 250,000-dən çox turist cəlb edir. Xevra duz mədəni Pakistanın Pəncab regionunun Cəlam dairəsindəki Pind Dadan Xan təhsilində, ölkə paytaxtı olan İslamabad şəhərindən təxminən 160 km (100 mil) uzaqlıqda yerləşir. Mədənə sadəcə M2 nömrəli avtomagistral yolu ilə getmək olur. Mədən, Cəlam çayından Hind çayına qədər uzanan və duzlarla zəngin bir dağ silsiləsinin üzərində yerləşir. Xevrə duz mədəni dəniz səviyyəsindən təxminən 288 metr (945 fit) yuxarıda yerləşir. Mədən girişindən mədənin ən ucqar nöqtəsinə qədər olan məsafə təxminən 730 metrdir (2,400 fit).
Xevra duz mədəni

Naxçıvan Duz Muzeyi
Naxçıvan Duz Muzeyi – Azərbaycanın Naxçıvan şəhərində yerləşən muzey. Muzey Naxçıvan duzunun tarixinə həsr olunmuşdur. Naxçıvan Duz Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 12 sentyabr 2017-ci il tarixli sərəncamına əsasən yaradılmışdır. Muzeyin açılışı 25 aprel 2018-ci ildə "Duzdağ" hotelində baş tutmuşdur. Açılışda Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbov iştirak etmişdir. Muzeyin yaradılmasında əsas məqsəd Naxçıvan duzunun tarixi əhəmiyyətini tanıtmaq və aparılmıç elmi tədqiqat işlərini sistemləşdirməkdir. Belə ki, Naxçıvanda şəhər mədəniyyətinin əsasını duzçıxarma və duz mədənçiliyi təşkil etmişdir. Muzey ekspozisiya zalı və iş otaqlarından ibarətdir. Muzey fəaliyyətinə 81 eksponatla başlasa da, bu rəqəm 104-ə çatmışdır. Burada duzdan hazırlanmış müxtəlif fiqurlar, Duzdağ haqqında nəşr olunmuş kitablar, Naxçıvan şəhəri, Nuh peyğəmbər və Naxçıvan, Duzdağ mədəniyyəti və duz yataqları haqqında dərc olunmuş qəzet materialları, "Duzdağ" sənədlər toplusu nümayiş olunur.
Mavi Dənizin Sahilində (1936)
Duzdağ daş duz yatağı
Duzdağ daş duz yatağı — Naxçıvan şəhərindən şimal-qərbdə yerləşir və lap qədimlərdən istismar olunur. Yatağın geoloji quruluşunda üst mio­sen (sarmat) duzdaşıyan və dördüncü dövr çöküntüləri iştirak edir. Yata­ğın səna­ye ehtiyatları 90 mln. tona çatır, sənaye hasilatı isə XIX əsrdən apa­rılır. Azərbay­can və Fransa arxeoloqlarının birgə apardıqları qazıntı işləri sübut etmişdir ki, yataq­da daş duz hasilatının başlanğıcı e.ə. III minilliyə gedib çıxır ki, bu da Duzdağ yatağının dünyada ən qədim duz mədəni oldu­ğunu göstərir. İşlənmiş duz lağımlarından biri pasiyentlərin bronxial astma və bron­xial sistemin başqa xəstəliklərindən müalicəsi məqsədilə balneoloji cəhətdən düzəldilmiş və təchiz edilmişdir. Yeraltı müalicə mərkəzində havanın tem­pe­raturu 19-, rütubətlik isə 23-35% arasında tərəddüd edir. Azərbaycan Respublikasının geoloji irsi. Bakı: Nafta-Press, 2013.
Azərbaycan Duz İstehsalat Birliyi
Mavi dənizin sahilində (film, 1935)
Mavi dənizin sahilində (rus. У самого синего моря) — 1935-ci ildə çəkilmiş sovet filmi. Bu film Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Azərbaycan Respublikasında dövlət varidatı elan edilən filmlərin siyahısına daxil edilmişdir. Film iki dost-Yusif (Lev Sverdlin) və Alyoşanın (Nikolay Kryuçkov) başına gələn əhvalatlardan söhbət açır. Hadisələr Azərbaycanın cənubunda, Sara adasında balıqçılıq sovxozunda cərəyan edir. Günlərin birində dostlar balıqçıların köməyinə gələrkən, Xəzər dənizində tufana düşür, onların qayığını şahə qalxmış dalğalar bir an içərisində çevirir. Yaxınlıqdakı kolxozun balıqçıları hər iki dostu xilas edirlər. Dostlar fəhlə qəsəbəsində qalıb işləyir, balıqçı qızı Maşenkaya (Yelena Kuzmina) vurulurlar. Bundan sonra onların arasında anlaşılmazlıqlar yaranır, hətta bir-birilərinə rəqib olurlar. Nəticədə məlum olur ki, Maşa şimalda xidmət edən həmyerlisini sevir və onun yolunu gözləyir.
Qara dənizin su altı çayı
Qara dənizin su altı çayı — Mərmərə dənizindən Bosfor boğazından keçməklə Qara dənizin içərilərinə doğru axan duzlu axın cərəyan. Bu su altı çayın axdığı nov 35 m dərinliyə, 1 km enə və 50 km uzunluğa sahibdir. Bu axından sular 6,5 km/s sürəti ilə axır. Buradan axas suyun həcmi hər saniyədə 22 min. m³ təşkil edir. Bu su altı axarda çaylara məxsus elementlər vardır. Məsələn sahillər, astanalar, şəlalər müşahidə edilir. Qara dənizin dibi ilə axan bu kanallar 6 min il öncə meydana gəlmişdir. Belə düşünülür ki bu novlar, Aralıq dənizindən Qara dənizə axan su axınları zamanı formalaşmışdır. Bu novlarla bu gündə su hərəkət edir.
Çingiz xan: Torpağın və dənizin axırına qədər
Çingiz xan: torpağın və dənizin axırına qədər (Yaponca: 蒼き狼 地果て海尽きるまで Rom: Aoki Ōkami: Chi Hate Umi Tsukiru Made) 2007-ci ildə Yaponiya və Monqolustanın müştərək istehsalı olan və Çingiz Xan haqqında çəkilmiş olan tarixi dramdır. Rusiyada film “Böyük monqol: Çingiz xan” adı ilə nümayiş etdirilmişdir. Film Takehiro Nakajima və Şoyçi Maruyamanın yapon klassiki Yasuşi İnouenin (1907–1991) “Mavi qurd” (1960) adlı tarixi romanının ekranlaşdırılmış versiyasıdır. 30 milyon dollarlıq büdcəsi olan film 2006-cı ildə dörd ay ərzində Monqolustanda çəkilmişdir. Filmin çəkilişləri zamanı 27 000-dən çox insan, o cümlədən də 5 000 Monqolustan əsgəri iştirak etmişdir.
Çingiz xan: torpağın və dənizin axırına qədər (film, 2007)